Sea Breeze Panorama by Elie Saab layihəsində 3 otaqlı gözəl mənzilə sahib olmaq imkanı! Arabian Ranches və Sea Breeze Kazino zonası yaxınlığında yerləşən bu premium yaşayış kompleksində 28 mərtəbəli binanın 24-cü mərtəbəsində geniş və işıqlı 3 otaqlı mənzil satılır. Mənzilin ümumi sahəsi 93 m², yaşayış sahəsi isə 85 m²-dir. Geniş qonaq otağı, açıq mətbəx zonası, iki yataq otağı (hər ikisi şəxsi sanitar qovşağı ilə), əlavə ümumi sanitar qovşağı və rahat balkonu mövcuddur.

Elie Saab Sea Breeze layihəsində bütün mənzillər yüksək standartlarla təmir olunmuş şəkildə təqdim edilir. Mətbəx mebeli və stolüstü, tam avadanlıqlı hamamlar, yataq otaqlarında quraşdırılmış şkaflar, güzgülər və digər aksesuarlar təhvil zamanı hazır olur. Mərkəzi kondisioner sistemi, peyk antenası və yüksək sürətli fiber-optik internet bağlantısı da mənzilin üstünlüklərindəndir.
Qiymət, ödəniş planı və mövcud endirimlərlə bağlı daha geniş məlumat üçün rəsmi developer ofisi ilə əlaqə saxlaya bilərsiniz: +994 55 868 86 86






Panorama by Elie Saab — Sabah Investment Group, Reportage Group və ELIE SAAB brendinin birgə əməkdaşlığı ilə Xəzər sahilində yerləşən Sea Breeze-in ən böyük kurort şəhərciyində gerçəkləşdirilən yeni premium yaşayış layihəsidir.
Elie Saab Sea Breeze Layihə haqqında əsas göstəricilər:
- Mərtəbə sayı: 1 kommersiya + 27 yaşayış + 2 texniki
- Mənzil sayı: 579
- Sahə aralığı: 43 m² – 431 m²
- Tavan hündürlüyü: 3.6 m
- Hovuzlar: 2 açıq infinity + 1 qapalı
- Parkinq yerləri: 745
Sea Breeze Panorama by Elie Saab Mənzillərində mövcud olan xüsusiyyətlər:
Şəxsi balkon və terraslar, quraşdırılmış mətbəx, tam kafelli sanitar qovşaqları, ensuite master yataq otaqları, ikiqat şüşəli pəncərələr, daxili qarderoblar, hər sanuzeldə duş kabinəsi, mərkəzi kondisioner, ayna və vanna mebelləri, peyk və fiber-optik internet bağlantısı.
Elie Saab Mənzil növləri:
- 2 otaqlı Junior – 107
- 2 otaqlı – 175
- 3 otaqlı – 195
- 3 otaqlı Plus – 93
- 5 otaqlı Duplex – 8
- Penthouse – 1
Ümumi: 579 mənzil
İnfrastruktur və xidmətlər:
Yeraltı parkinq, iki böyük açıq infinity hovuzu, qapalı hovuz və Aquatics Center, fitnes və idman zalı, şəxsi SPA, kommersiya obyektləri, lounge zonaları, biznes mərkəzi, skvoş və stolüstü tennis sahələri, uşaq oyun parkları və landşaftlı bağlar layihənin əsas üstünlükləridir.
Lokasiya üstünlükləri:
Layihə şəhərin ən əlverişli nöqtələrindən birində yerləşir.
- 5 dəqiqə – Crescent Island, Dreamfest Arena
- 15 dəqiqə – Seabreeze Circus, Landau School, Sea Park
- 20 dəqiqə – Spa & Wellness Center, Sky Mall
- 40 dəqiqə – Heydər Əliyev Aeroportu